Nabranda sakinlərin müraciət və təklifləri dinlənilib (FOTO)

Cəmiyyət Materials 20 Avqust 2026 17:06 (UTC +04:00)
Nabranda sakinlərin müraciət və təklifləri dinlənilib (FOTO)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaçmaz rayon prokuroru Rəşad Məmmədovun, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Nabran kəndində növbəti səyyar qəbul keçirib.

Qəbulda Nabran İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Dalğalı, Günəşli, Meşəli, Samurçay, Şimali və Turist qəsəbələrinin, eləcə də Tel kəndinin sakinləri iştirak ediblər.

Qəbulda çıxış edən sakinlər əsasən infrastruktur, kommunal təsərrüfat, yolların təmiri, eləcə də sosial-məişət məsələləri ilə bağlı müxtəlif müraciət və təkliflərini səsləndiriblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin müraciət və təkliflərini həssaslıqla dinləyərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Qanunvericiliyə uyğun və həlli mümkün olan bir çox müraciət isə yerindəcə müsbət həllini tapıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti