Azərbaycan Böyük Britaniyanın mühüm iqtisadi tərəfdaşıdır – Dunkan Norman

İqtisadiyyat Materials 21 Avqust 2026 11:34 (UTC +04:00)
Azərbaycan Böyük Britaniyanın mühüm iqtisadi tərəfdaşıdır – Dunkan Norman
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Böyük Britaniyanın mühüm iqtisadi tərəfdaşıdır.

Trend-in tədbirdən olan müxbirinin verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Bakıda keçirilən mətbuat konfransında bildirib.

“İqtisadi artımın təmin edilməsi Böyük Britaniya hökumətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan bizim mühüm iqtisadi tərəfdaşımızdır. Ticarət, investisiya və regional əlaqəlilik sahələrində daha dərin əlaqələr quraraq, iqtisadi əməkdaşlığın yeni mərhələsini dəstəkləyirik. Bu, gələcək nəsillər üçün sabit və inkişaf edən iqtisadi mühit yaradacaq, həm Böyük Britaniya və Azərbaycan xalqlarına, həm də biznesimizə fayda gətirəcək”, – deyə səfir bildirib.

Norman qeyd edib ki, BP-nin Azərbaycan bazarına daxil olmasından 30 il əvvəl Böyük Britaniyanın Azərbaycanla münasibətlərinin əsasını enerji sahəsi təşkil edib və bu irslə fəxr edirlər.

Onun sözlərinə görə, tərəflər enerji keçidinin dəstəklənməsi məqsədilə sıx əməkdaşlıq edirlər. O əlavə edib ki, Böyük Britaniya təmiz enerjiyə investisiyalar yatırır və Azərbaycanın bərpa olunan enerji (BƏE) potensialının inkişafında iştirak edir.

“Enerji sahəsindən əlavə, Britaniya şirkətləri bir çox digər istiqamətlərdə də fəaliyyət göstərirlər. Biz Azərbaycanı bu regionda nəqliyyat, infrastruktur, maliyyə və məlumat sahələrinin təbii mərkəzi kimi görürük”, – deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti