ABŞ-nin İrana hücum etməkdən başqa seçimi yox idi - Donald Tramp

Dünya xəbərləri Materials 21 Avqust 2026 04:42 (UTC +04:00)
ABŞ-nin İrana hücum etməkdən başqa seçimi yox idi - Donald Tramp

Bakı. Trend:

ABŞ-nin İrana hücum etməkdən başqa seçimi olmayıb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp WABC radiostansiyasına müsahibəsində bildirib.

“Bunu etməyimin səbəbi başqa seçimimizin olmaması idi. Mən bunu yenidən 100 dəfə edərdim. Onların nüvə silahı ola bilməz və olmayacaq”, - deyə Donald Tramp bildirib.

ABŞ Prezidenti bununla İrana qarşı hərbi əməliyyatların əsas səbəbinin Tehranın nüvə silahına yiyələnməsinin qarşısını almaq olduğunu vurğulayıb. ABŞ administrasiyası İranın nüvə silahı əldə etməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti