Bakı. Trend:
"Güzəştli mənzil" sisteminin təhlükəsizliyi tam şəkildə qorunur.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Cəmşid Əmirov "Güzəştli mənzil" sistemində seçim prosesi ilə əlaqədar həyata keçirilən dəyişikliklərə dair bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu səbəbdən də hər hansı bir kənar müdaxilənin
baş verməsi mümkün deyil.
Agentlik rəsmisi eyni zamanda Yasamal layihəsinin davamı və gələcək
satışlar barədə Trend-in müxbirinin sualını cavablandırarkən qeyd
edib ki, agentliyə məxsus həm Yasamal yaşayış kompleksinin birinci,
həm də ikinci mərhələsində satışlar başa çatıb:
"Hazırda digər - həm Bakı şəhərində, həm də regionlarda
layihələrimiz davam edir. Bu layihələrdən satışa çıxarılacaq
mənzillərlə bağlı müvafiq qaydaya uyğun olaraq elan yerləşdiriləcək
və ictimaiyyətə bu barədə məlumat veriləcək".
