ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Dünya xəbərləri Materials 21 Avqust 2026 01:20 (UTC +04:00)
ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Bakı. Trend:

İranla bu və ya digər formada əlaqələri davam etdirən ölkələri iqtisadi çöküş təhlükəsi gözləyir.

Bunu ABŞ maliyyə naziri Skott Bessent bildirib.

“Tehranla qalan istənilən əlaqə, bu əlaqələrin məqsədli şəkildə qurulmasından və ya bilərəkdən gözardı edilməsindən asılı olmayaraq, istənilən ölkənin iqtisadi tənəzzülünü sürətləndirəcək”, - deyə ABŞ maliyyə naziri X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 19-da İranla bağlı görünməmiş miqyasda “iqtisadi müharibə və təcrid”ə başlandığını elan edib. ABŞ lideri, həmçinin xəbərdarlıq edib ki, maliyyə qurumları, müəssisələri, hava limanları və ya dövlət strukturları vasitəsilə Tehrana dəstək verən ölkələr ABŞ tərəfindən ciddi iqtisadi nəticələrlə üzləşəcəklər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti