Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib (YENİLƏNİB)

İqtisadiyyat Xəbər 20 Avqust 2026 13:03 (UTC +04:00)
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.

Bildirilib ki, 39 vaqondan ibarət, çəkisi 2725 ton olan buğda 20 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

xxx

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən Trend-ə verilən məlumata görə, 39 vaqondan ibarət, çəkisi 2725 ton olan buğda 20 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti