Bakı. Trend:
Bu gün saat 12:00 radələrində İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, Hyundai” və “Lynco” markalı avtomobillərin toqquşması nəticəsində “Hyundai”da olan iki nəfər həyatını itirib.
Qəza zamanı 60 yaşlı Elina Məmmədova və 2026-cı il təvəllüdlü körpə (oğlan) ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
