Azərbaycan Ukrayna Konqresi Rusiyadakı bəzi KİV-lərin çağırışlarını pisləyib

Siyasət Materials 20 Avqust 2026 13:51 (UTC +04:00)
Azərbaycan Ukrayna Konqresi Rusiyadakı bəzi KİV-lərin çağırışlarını pisləyib
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ukrayna Konqresi Rusiyanın bəzi media resurslarında Azərbaycan dövlətinin parçalanmasına, ölkə ərazisində terror aktlarının və ərazi bütövlüyünün pozulmasına yönəlmiş qanunsuz əməllərə çağırış edən nümayəndələrin fikirlərini kəskin şəkildə pisləyib.

Konqres bu barədə sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, sözügedən ekspertlərlə bağlı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri başlanılıb və həmin şəxslər beynəlxalq axtarışa veriliblər.

Həmçinin qeyd olunub ki, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. "Səfirə bu cür davranışların yolverilməzliyi barədə qəti mövqe çatdırılıb" - deyə məlumatda qeyd olunub.

Azərbaycan Ukrayna Konqresi ölkənin ünvanına təhqiramiz ifadələr işlədən ekspertlərlə bağlı görülən tədbirləri əsaslı və adekvat hesab etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti