Lisey və gimnaziyalara qəbul olunan şagirdlərin sənədləri avqustun 27-dək təqdim edilməlidir

Cəmiyyət Materials 20 Avqust 2026 12:57 (UTC +04:00)
Lisey və gimnaziyalara qəbul olunan şagirdlərin sənədləri avqustun 27-dək təqdim edilməlidir
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

2026–2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara qəbul olunan şagirdlər üçün şagirdlərin elektron yerdəyişməsi sistemində (sy.edu.az) avtomatik sorğular yaradılıb.

Bu barədə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, qəbul olunan şagirdlərin sənədləri avqustun 27-si saat 12:00-dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim edilməlidir.

Sənədlərin təqdim edilməsi üçün valideyn və ya qanuni nümayəndə şagirdin şəxsi kabinetinə daxil olaraq elektron ərizəni çap etməli və imzalamalıdır. Daha sonra imzalanmış elektron ərizə şagirdin hazırda təhsil aldığı məktəbə təqdim edilməli, şəxsi iş götürülərək qəbul olunduğu lisey və ya gimnaziyaya təqdim edilməlidir.

Valideynlər qəbul prosesi ilə bağlı məlumatları şəxsi kabinetdə yerləşən “Sorğularım” bölməsindən izləyə bilərlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti