Naxçıvanda 9 marşrut xətti üzrə 72 müasir avtobus xəttə buraxılıb - AYNA

Cəmiyyət Materials 20 Avqust 2026 10:53 (UTC +04:00)
Naxçıvanda 9 marşrut xətti üzrə 72 müasir avtobus xəttə buraxılıb - AYNA
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda 9 marşrut xətti üzrə 72 müasir avtobus istismara cəlb edilib, ictimai nəqliyyata əlçatanlıq səviyyəsi 95 faizə yüksəlib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Naxçıvan şəhəri üzrə aparılan təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Yeni avtobusların istifadəyə verilməsi nəticəsində avtobus parkının orta yaşı 18 ildən 0-a enib.

Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üzrə 241 fiziki şəxsə “Buraxılış kartı” verilib. Yükdaşıma fəaliyyəti üzrə “Buraxılış vəsiqəsi” alan daşıyıcıların sayı 263, “Buraxılış kartı” alan nəqliyyat vasitələrinin sayı isə 946-dır.

Nəqliyyat sahəsində çalışan şəxslərin peşə hazırlığının artırılması məqsədilə beynəlxalq yükdaşımaları həyata keçirən 75 sürücü təlimlərə cəlb olunub. Həmçinin taxoqrafdan istifadə üzrə xüsusi proqram çərçivəsində 176 sürücü təlim keçib.

Yol infrastrukturunun yaxşılaşdırılması və hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə Naxçıvan şəhərində və Muxtar Respublikanın digər ərazilərində də müvafiq işlər görülüb. Bu günədək Naxçıvan ərazisində 1091 yol nişanı quraşdırılıb, 385 kilometr yolda nişanlanma işləri aparılıb, 2259 piyada keçidi təşkil edilib və ya yenilənib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti