Milli Depozit Mərkəzində II rübdə yeni depo hesablarının sayı 17,5 mini keçib

İqtisadiyyat Materials 20 Avqust 2026 20:22 (UTC +04:00)
Milli Depozit Mərkəzində II rübdə yeni depo hesablarının sayı 17,5 mini keçib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin II rübündə Milli Depozit Mərkəzində (MDM) depo hesablarının və investorların sayında artım qeydə alınıb.

Bu barədə Milli Depozit Mərkəzi tərəfindən 2026-cı ilin I-II rübləri üzrə açıqlanan Statistik Bülletendə bildirilib.

Bülletenə əsasən, II rübün sonunda MDM-də emitent hesablarının sayı 2 125 olub. Bu göstərici ilin I rübü ilə müqayisədə 4 hesab artıb. I rübün sonunda emitent hesablarının sayı 2 121 təşkil edib.

Hesabat dövründə ümumi depo hesablarının sayı 194 753-ə çatıb. I rübdə bu göstərici 177 199 olub.

II rüb ərzində 17 554 yeni depo hesabı açılıb. Müqayisə üçün, ilin I rübündə yeni açılan depo hesablarının sayı 1 371 təşkil edib.

Eyni zamanda, II rübün sonunda ümumi aktiv investorların sayı 26 907 nəfər olub. I rübün sonunda bu göstərici 10 471 nəfər təşkil edib.

Ümumi unikal investorların sayı isə II rübdə 183 558-ə yüksəlib. I rübdə onların sayı 167 423 olub.

İnvestorların səviyyəsi üzrə statistikaya görə, II rübün sonunda depo hesablarının 193 032-si fiziki şəxslərə, 1 721-i isə hüquqi şəxslərə məxsus olub. I rübdə bu göstəricilər müvafiq olaraq 175 507 və 1 692 təşkil edib.

Depo hesablarının açılma növünə görə, II rübdə 16 496 hesab məsafədən, 1 058 hesab isə ənənəvi üsulla açılıb. I rübdə məsafədən açılan hesabların sayı 901, ənənəvi üsulla açılan hesabların sayı isə 470 olub.

Emitentlərin regionlar üzrə bölgüsündə isə Bakı 1 146 emitentlə ilk sırada qərarlaşıb. Sonrakı yerlərdə Sumqayıt – 89, Gəncə – 64, Abşeron – 46 və Lənkəran – 37 emitentlə yer alıb. Digər regionların payına isə 743 emitent düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti