UEFA Konfrans Liqası: “Qarabağ” Niderlandda "Tvente"ni məğlub edib

İdman Materials 20 Avqust 2026 23:56 (UTC +04:00)
UEFA Konfrans Liqası: “Qarabağ” Niderlandda "Tvente"ni məğlub edib
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Konfrans Liqasında Niderlandda üz-üzə gələn "Tvente" və “Qarabağ” komandaları arasında pley-off mərhələsinin ilk oyunu başa çatıb.

Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçirilən matç Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.

Komandalar arasında cavab görüşü isə avqustun 27-də Bakıda təşkil olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti