Laçın şəhidi Cümşüd Məmmədovla vida mərasimi keçirilib (YNEİLƏNİB)

Cəmiyyət Materials 21 Avqust 2026 10:21 (UTC +04:00)
Laçın şəhidi Cümşüd Məmmədovla vida mərasimi keçirilib (YNEİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:Birinci Qarabağ müharibəsində şəhid olan Cümşüd Məmmədovla vida mərasimi keçirilib.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, 34 il itkin kimi qeydiyyatda olan Laçın rayon sakini Cümşüd Məmmədovun nəşinin qalıqları müəyyənləşdirilərək ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində salınmış 552 saylı qəsəbədə, onun həyat yoldaşının yaşadığı ünvanda təşkil olunub.

Mərasimdə şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, dövlət və ictimaiyyət nümayəndələri, Laçın sakinləri və digər şəxslər iştirak ediblər.

Vida mərasimindən sonra Cümşüd Məmmədovun nəşi dəfn olunmaq üçün Laçın şəhərinə yola salınıb.

Qeyd edək ki, Cümşüd Məmmədov 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olub. Ailəli olub, övladı olmayıb.

Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb. Uzun illər davam edən axtarış və araşdırmalar nəticəsində onun nəşinin qalıqları müəyyənləşdirilərək şəxsiyyəti müəyyən edilib və ailəsinə təhvil verilib.

xxx

Birinci Qarabağ müharibəsində itkin düşmüş və sonradan nəşinin qalıqları aşkar edilərək şəxsiyyəti müəyyənləşdirilmiş Məmmədov Cümşüd Həsənxan oğlu 21 avqust 2026-cı il tarixində Laçın şəhərində dəfn olunacaq.

Trend-in məlumatına görə, 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olan Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb.

Uzun illər davam edən axtarış və araşdırmalar nəticəsində onun nəşinin qalıqları müəyyənləşdirilib və şəhidin ailəsinə təhvil verilib.

Şəhid Cümşüd Məmmədovun dəfn mərasimi 21 avqust saat 13:00-da Laçın şəhəri Şəhidlər Xiyabanında keçiriləcək.

Dəfn mərasiminə qədər şəhidin doğma Laçın torpağına gətirilməsi və burada torpağa tapşırılması onun ailəsi, yaxınları və Laçın ictimaiyyəti üçün xüsusi mənəvi əhəmiyyət daşıyır.

Laçın rayonunun Katos kəndinin sakini olan Cümşüd Məmmədov 34 il sonra doğma torpaqda dəfn olunacaq. Bu, Laçın tarixinin ağrılı səhifələrindən birinin tamamlanması baxımından mühüm hadisədir.

Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, dövlət və ictimaiyyət nümayəndələri, Laçın sakinləri və əməkdaşlar iştirak edəcəklər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti