Bakı. Trend:
Xaçmaz rayonunda fındıq yığımına başlanılıb.
Rayon ərazisində 12 min hektara yaxın fındıq bağı mövcuddur ki, bunun da 492 hektarı intensiv üsulla becərilir. Təsərrüfatçılar hər mövsüm bağlardan 8–9 min ton məhsul əldə edirlər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri Nərəcan kəndindəki fındıq bağlarında olub, yığım prosesinin gedişi və məhsuldarlıqla maraqlanıblar.
Qeyd edək ki, ölkəmizdə aqrar sektorun inkişafı, o cümlədən fındıqçılıq təsərrüfatının genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının kənd təsərrüfatının inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, eləcə də 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı regionda məhsuldarlığın artmasına, fermerlərin rifahının yaxşılaşmasına və ixrac potensialının güclənməsinə geniş imkanlar yaradır. İntensiv bağların salınması və aqrotexniki qulluq qaydalarına əməl edilməsi gələcəkdə məhsul həcminin daha da artmasına zəmin yaradır.