"Əl-Nəsr" böyükhesablı qələbə qazanıb, Ronaldo 977-ci qolunu vurub (VİDEO)

İdman Materials 22 Avqust 2026 00:44 (UTC +04:00)
"Əl-Nəsr" böyükhesablı qələbə qazanıb, Ronaldo 977-ci qolunu vurub (VİDEO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Pro-Liqasının 2026/2027 mövsümünün 2-ci turu çərçivəsində "Ər-Riyad" və "Əl-Nəsr" klubları üz-üzə gəlib.

Komandalar Ər-Riyadda yerləşən "Şahzadə Feysəl bin Fəhd" stadionunda qarşılaşıblar. Ölkənin hazırkı çempionu "Əl-Nəsr" rəqibini darmadağın edərək 4:0 hesablı qələbə qazanıb.

Oyunda hesabı 18-ci dəqiqədə "Əl-Nəsr"in müdafiəçisi Abdələla Əl-Əmri açıb. 45+1-ci dəqiqədə ilk qolun ötürməsini verən Anjelo özü fərqlənib. 58-ci dəqiqədə portuqaliyalı Joau Feliks komandasının 3-cü qolunu vurub. 84-cü dəqiqədə isə Kriştianu Ronaldu rəqib qapısını dəqiq nişan alıb. O, qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 62-ci dəqiqədə meydana çıxıb.

"Geri qayıtmaq çox gözəldir", – deyə oyundan sonra "Əl-Nəsr"in hücumçusu və kapitanı Kriştianu Ronaldu X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ər-Riyad"ın qapısına vurulan qol 41 yaşlı futbolçunun karyerasında 977-ci qol olub. Bu oyun həmçinin "Əl-Nəsr"in hücumçusu üçün Pro-Liqanın yeni mövsümündə ilk matç olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti