Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Emil Tağıyev Birinci Qarabağ müharibəsi şəhidi Ruslan İmamverdiyevin anası Güldəstə İmamverdiyevanın yas mərasimində iştirak ediblər.
Rayon rəhbəri mərhumun xatirəsini ehtiramla yad edərək, ailəsinə dərin hüznlə başsağlığı verib. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb, Vətən müharibəsində qazanılan tarixi Zəfərlə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
