M6 ekspres marşrutunun hərəkət sxemi dəyişdirilir – yeni dayanacaq müəyyənləşib

Cəmiyyət Materials 22 Avqust 2026 12:31 (UTC +04:00)
M6 ekspres marşrutunun hərəkət sxemi dəyişdirilir – yeni dayanacaq müəyyənləşib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Belə ki, metronun “Koroğlu” stansiyasından “Elmlər Akademiyası” və “Nizami” stansiyaları istiqamətində sərnişin tələbatının qarşılanması məqsədilə avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar “Nizami”metrostansiyasından keçəcək və aralıq dayanacaq olaraq burada saxlayacaq.

Ekspres marşrut xətti uzadılaraq son dayanacaq məntəqəsi “Koroğlu” metrostansiyası təyin ediləcək. Bununla da M6 nömrəli ekspres marşrutu “Koroğlu”, “Gənclik”, “Nizami” və “Elmlər Akademiyası” stansiyalarını əlaqələndirəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti