Namizədliyimi irəli sürməyimi qadağan edən qaydalarımız dəyişsə, xoşbəxt olardım – Tramp

Dünya xəbərləri Xəbər 22 Avqust 2026 05:15 (UTC +04:00)
Namizədliyimi irəli sürməyimi qadağan edən qaydalarımız dəyişsə, xoşbəxt olardım – Tramp
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkə qanunları dəyişdirilərək ona dövlət başçısı vəzifəsinə üçüncü müddətə namizədliyini irəli sürməyə icazə verilsəydi, bundan məmnun olardı.

"Bizim namizədliyimi irəli sürməyimi qadağan edən qaydalarımız və normalarımız var. Əgər onlar bunu dəyişmək istəsələr, mən xoşbəxt olardım", – deyə o, Cənubi Karolina ştatının Mirtl-Biç şəhərində tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Qanuna əsasən, Trampın prezident vəzifəsində ikinci müddəti 2029-cu ilin yanvarında başa çatmalıdır. 1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin vəzifədə qalmasını iki müddətlə məhdudlaşdırır. Buna baxmayaraq, hazırkı ABŞ lideri üçüncü müddətə yenidən seçilmək üçün mübarizə aparmaq imkanını dəfələrlə istisna etməyib.

Tramp 2024-cü ilin noyabrında keçirilən seçkilərdə ikinci dəfə qalib gəlib. O, Demokratlar Partiyasının namizədi Kamala Harrisə qalib gəlib. Tramp ilk dəfə 2017–2021-ci illərdə ABŞ administrasiyasına rəhbərlik edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti