Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 500 milyon dollar dəyərində yeddi layihəni nəzərdən keçirir – Kudratov

İqtisadiyyat Materials 22 Avqust 2026 19:02 (UTC +04:00)
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 500 milyon dollar dəyərində yeddi layihəni nəzərdən keçirir – Kudratov
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Daşkənd. Trend:

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 500 milyon dollar dəyərində yeddi layihəni nəzərdən keçirir.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu zamanı çıxışında deyib.

Onun sözlərinə görə, şirkət qısa müddət ərzində ümumi dəyəri 500 milyon dollar olan səkkiz layihəni artıq təsdiqləyib.

Kudratov qeyd edib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti kapitala birbaşa investisiyalar, qısamüddətli səhmdar kreditləri, həmçinin layihə sənədlərinin hazırlanması xərclərinin kompensasiyası vasitəsilə biznesə dəstək göstərir.

"Buna görə də bütün biznes nümayəndələrini Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ilə daha fəal əməkdaşlığa çağırıram. Şirkətin rəhbəri Nazim Hacıyev və komandası bu gün bu zalda iştirak edir. Onlar lazımi dəstəyi göstərməyə hazırdırlar", – deyə Kudratov bildirib.

Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə, birgə investisiya və ticarət layihələrinin həyata keçirilməsinə həsr olunub. Daşkənddə keçirilən forum iki ölkənin regionları arasında birbaşa əlaqələrin daha da inkişaf etdirilməsinə, eləcə də investisiya, sənaye və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlib.

Xəbər lenti

Xəbər lenti