Bakı. Trend:
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, dünən saat 18:00 radələrində Səbail rayonun Həsən Seyidbəyli küçəsində Həsən Hüseynli idarə etdiyi "77-UD-238" dövlət qeydiyyat nişanlı "Nissan Note" markalı minik avtomobili ilə Xalq artisti Şükufə Yusupovanı vurub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, hazırda Xalq artisti Şükufə Yusupovanın Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Vəziyyəti ağır qiymətləndirilir.
