Türkiyədə meşə yanğınları ilə bağlı qaydaları pozan 993 nəfər cəzalandırılıb

Hadisə Materials 22 Avqust 2026 16:55 (UTC +04:00)
Türkiyədə meşə yanğınları ilə bağlı qaydaları pozan 993 nəfər cəzalandırılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə meşə yanğınlarının qarşısının alınması məqsədilə tətbiq edilən tədbirlərə əməl etməyən 993 nəfər barəsində inzibati tədbir görülüb.

Bu barədə Türkiyə Jandarma Baş Komandanlığı məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə meşə yanğınlarının qarşısının alınması məqsədilə patrul, yoxlama və maarifləndirmə tədbirləri, həmçinin pilotsuz uçuş aparatları (PUA) və fototələlər vasitəsilə müşahidələr fasiləsiz davam etdirilir.

Xüsusilə meşəlik ərazilərdə, istirahət zonalarında və yanğın riski yüksək olan bölgələrdə PUA-larla havadan, jandarma əməkdaşları tərəfindən isə qurudan nəzarət və müşahidə həyata keçirilir.

Məlumata görə, iyulun 17-dən avqustun 19-dək müəyyən edilmiş qayda və tədbirlərə əməl etməyən 993 nəfər barəsində Türkiyənin 5326 saylı İnzibati Xətalar Qanununa uyğun olaraq inzibati tədbir görülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti