Bakı. Trend:
Sukuk dayanıqlı maliyyələşdirmə alətidir.
Bunu İslam İnkişaf Bankı (İİB) Qrupunun maliyyə direktoru Abdurrabbih Abdus Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları çərçivəsində təşkil olunan “Etiketlənmiş sukuklar – inkişafın növbəti mərhələsi” mövzusunda tədbirdə Abdurabbih Abdus bildirib.
“Dayanıqlı inkişaf dayanıqlı maliyyələşdirmə olmadan mümkün deyil. Sukukların tətbiqi təcrübəsi sübut edib ki, onlar mahiyyət etibarilə dayanıqlı maliyyələşdirmə alətləridir. Çünki mənfi skrininq mexanizmi insanlara və planetə zərər verə biləcək hər hansı maliyyələşdirməni istisna edir.
Bu səbəbdən sukuklar dayanıqlı inkişaf məqsədləri üçün resursların səfərbər edilməsində İslam İnkişaf Bankı və bir çox digər təşkilatlar, eləcə də suveren dövlətlər üçün əsas alət rolunu oynayır. Eyni zamanda, əmək sukukları (labour-sukuk) bütün növ investorlar və müxtəlif investisiya mandatlarına malik iştirakçılar üçün yararlana biləcəkləri xüsusi imkanlar təqdim edir”, – deyə o qeyd edib.
Abdus həmçinin ümidvar olduğunu bildirib ki, tədbir çərçivəsində səsləndirilən ideyalar və tövsiyələr iştirakçılar üçün maksimum fayda verəcək və dayanıqlı maliyyələşdirmənin gələcək inkişafına töhfə göstərəcək.
