Bakı. Trend:
Ərəb Koordinasiya Qrupunun (ƏKQ) fəaliyyətini genişləndirməyin vaxtı çatıb.
Trend-in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bunu OPEC Beynəlxalq İnkişaf Fondunun Özəl Sektor Departamentinin Biznesin İnkişafı üzrə direktoru Səid Tofiq Rida İİB Qrupunun Bakıda keçirilən İllik Görüşündə Ərəb Koordinasiya Qrupunun Özəl Sektor üzrə iclası zamanı bildirib.
"ƏKQ üzvləri arasında əməkdaşlıq həqiqətən təsirlidir. Son 50 ildə biz çoxlu sayda layihə həyata keçirmişik və əhəmiyyətli uğurlar qazanmışıq. Bu yaxınlarda Latın Amerikası və Afrika ölkələrinin ƏKQ ilə əməkdaşlıqda maraqlı olduqlarını və onun imkanlarından yararlanmağa can atdıqlarını da gördüm. Lakin uzun illərdir ki, ƏKQ-nin fəaliyyəti əsasən suveren maliyyələşdirməyə yönəlib. Bəlkə də bu gün müzakirə etdiyimiz mövzu ilə - ƏKQ üzvləri arasında özəl sektorla işləməkdə sinerjini necə artırmaq olar - uyğun gələn bu diqqəti genişləndirməyin vaxtı gəlib çatıb", - deyə o bildirib.
Səid Tofiq Rida investisiya imkanları və layihələrinin ortaq portfelinin (kollektiv müqavilə kəməri) yaradılmasının vacibliyini qeyd edib.
“Bilik və təcrübə mübadiləsi də eyni dərəcədə vacibdir. Qlobal miqyasda və inkişaf sektorunda baş verən dəyişiklikləri müzakirə edə, yeni çətinlikləri və imkanları təhlil edə və işimizin səmərəliliyini artırmaq üçün yolları birgə axtara biləcəyimiz bir platformaya ehtiyacımız var”, - deyə OPEC Fondunun nümayəndəsi bildirib.
