Azərbaycanla əməkdaşlıqda nəqliyyat və dəmir yolu layihələri də nəzərdən keçirilir - İİB

İqtisadiyyat Materials 18 İyun 2026 14:43 (UTC +04:00)
Azərbaycanla əməkdaşlıqda nəqliyyat və dəmir yolu layihələri də nəzərdən keçirilir - İİB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla əməkdaşlıqda nəqliyyat və dəmir yolu layihələri də nəzərdən keçirilir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İİB Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində keçirilən “İslam İnkişaf Bankı Qrupunun Sədri ilə səmimi söhbət formatında görüş”də deyib.

O, Azərbaycanla əməkdaşlıq və Qarabağda həyata keçirilən layihələr barədə danışıb.

Əl-Casir çıxışında bildirib ki, İİB fəaliyyətə başladığı dövrdən indiyədək Azərbaycanla əməkdaşlıq çərçivəsində ümumilikdə 1,3 milyard dollardan çox layihəni maliyyələşdirib:

"Xüsusilə Qarabağın azad olunmasından sonra bu istiqamətdə işlərin tempi sürətlənib. Mən Qarabağa iki dəfə səfər etmişəm və bölgədə aparılan bərpa-quruculuq işlərini yerindəcə görmüşəm. İİB artıq regionda ilk layihələrdən biri kimi su təchizatı və irriqasiya sisteminin yenidən qurulmasını maliyyələşdirib. Hazırda isə 430 milyon dollardan artıq dəyəri olan daha genişmiqyaslı layihə çərçivəsində kanalların bərpası həyata keçirilir. Məqsəd su itkilərinin qarşısını almaq, mövcud infrastrukturun aşınma və çatışmazlıqlarını aradan qaldırmaqla suyun səmərəli paylanmasını təmin etməkdir".

Əl-Casir əlavə edib ki, İİB avtomobil yolları və digər nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolu layihələri kimi sahələrdə də əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Onun sözlərinə görə, bu layihələr Azərbaycanın hökuməti tərəfindən irəli sürülən transformasiya xarakterli təşəbbüslərdir.

O, İİB-nin Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bankın bu prosesdə əlavə dəyər yaratmağa hazır olduğunu vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti