"İnter" Palestranı transfer etmək istəyir

İdman Materials 18 İyun 2026 20:05 (UTC +04:00)
"İnter" Palestranı transfer etmək istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"İnter" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İtaliya çempionu "Atalanta"dan Marko Palestranı transfer etmək istəyir.

A Seriyası nəhəngi italiyalı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "İnter" 21 yaşlı sağ cinah müdafiəçisi üçün Berqamo klubuna 45+5 milyon avroluq rəsmi təklif göndərib.

Qeyd edək ki, Marko Palestra 2025/26 mövsümündə icarə əsasında "Kalyari"də çıxış edib. İtaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti