Bakı.Trend:
Dələduzluq piramidasının idarəetmə panelinin admini olaraq təqsirləndirilən Hüseyn Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məhkəmədə iştirak edən müxbiri xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Hüseyn Quliyevin 10 il müddətə azadlıqdan məhrum istəyib.
Məhkəmə 24 iyunda keçiriləcək.
Qeyd edək ki, ötən ilin sentyabr ayında ölkənin virtual
məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq
sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən
Farmaniya.com platformasında vətəndaşların pul vəsaitlərinin ələ
keçirildiyi barədə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş
İdarəsinə çoxsaylı şikayətlər daxil olub.
Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz
əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini,
2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək
saxlanılıb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs "Zevs" ləqəbi ilə tanınan məşhur videobloqer Ruslan Quliyevin qardaşıdır.
