NATO qırıcıları Latviyada naməlum PUA-nı məhv edib

Dünya xəbərləri Materials 14 Avqust 2026 12:47 (UTC +04:00)
NATO qırıcıları Latviyada naməlum PUA-nı məhv edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

NATO qırıcıları bu gün Latviyanın hava məkanına daxil olan pilotsuz uçuş aparatını məhv edib.

Bu barədə Latviyanın Milli Silahlı Qüvvələrinin (NVS) mətbuat xidməti məlumat yayıb.

“Dron Balvi rayonunun Ruaqı yaşayış məntəqəsi üzərində böyük yüksəklikdə vurulub”, – NVS-nin Birləşmiş Qərargahının nümayəndəsi İveta Berzinya Latviya Televiziyasına bildirib.

NVS-nin məlumatına görə, dron Rusiya radioelektron mübarizə vasitələrinin təsirləri nəticəsində Latviyanın hava məkanına daxil olub.

NATO-nun hava hücumundan müdafiə missiyasına cəlb olunan qırıcılar respublikanın hava məkanına müdaxilə təhlükəsi ilə əlaqədar havaya qaldırılıb. Təhlükə barədə Latviyanın bir sıra regionlarında əhaliyə xəbərdarlıq edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti