Bakı. Trend:
ABŞ prezidenti Donald Trump cümə günü bildirib ki, İran məğlub edildikdən sonra strateji əhəmiyyət daşıyan Hörmüz boğazını "ABŞ ərazisi" elan edəcək.
Bu barədə "Le Figaro" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, çıxış zamanı Trampın səs tonu onun bunu zarafatla söylədiyi təəssüratını yaradıb.
“İranı məğlub etməyi başa çatdırdıqdan sonra tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm”, — deyə ABŞ prezidenti Nyu-York yaxınlığındakı Qarden-Sitidə keçirilən mitinq zamanı üzündə təbəssümlə bildirib.
Bununla Tramp dünya neft təchizatının əhəmiyyətli hissəsinin daşındığı bu strateji dəniz yolu ilə bağlı ritorikasını daha da sərtləşdirib.
