Bakı. Trend:
İranın dəstəklədiyi Yəmən husiləri cümə günü Səudiyyə Ərəbistanında neft nəhəngi "Aramco" şirkətinə məxsus obyektə dron hücumuna görə məsuliyyəti üzərlərinə götürüblər.
Bu barədə üsyançı hərəkatla əlaqəli "Saba" xəbər agentliyi məlumat yayıb.
Agentliyin istinad etdiyi hərbi mənbənin sözlərinə görə, hücum Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Nəcran şəhərindəki obyektə yönəlib və “dron vasitəsilə həyata keçirilib, əməliyyat isə öz məqsədinə çatıb”.
