Bakı.Trend:
Vaşinqton administrasiyası hazırda Kuba ilə bağlı atılacaq növbəti addımların bütün variantlarını, o cümlədən hərbi əməliyyatları nəzərdən keçirir.
Bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Panamada jurnalistlərə açıqlamasında bildirib.
“Bütün variantlar, o cümlədən hərbi variantlar nəzərdən keçirilir”, – deyə o, ABŞ-nin Karib hövzəsindəki respublikaya qarşı hərbi əməliyyat keçirməsinin mümkünlüyü ilə bağlı suala cavabında bildirib.
“Kuba üçün Trampın Amerikanın əsas strateji maraqlarını müdafiə etməyə hazır olduğu faktını nəzərə almaq məqsədəuyğun olardı”, - deyə Heqset vurğulayıb.
Heqset həmçinin qeyd edib ki, ABŞ-nin Kuba ilə bağlı atacağı növbəti addımlar üçün “çoxsaylı variantları” var.
