Gürcüstan Rusiya ilə sərhəddə keçid məntəqəsinin fəaliyyətini bərpa edib

Dünya xəbərləri Materials 13 Avqust 2026 19:42 (UTC +04:00)
Gürcüstan Rusiya ilə sərhəddə keçid məntəqəsinin fəaliyyətini bərpa edib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan hakimiyyəti Devdorak dərəsində daşqın təhlükəsinin aradan qalxmasından sonra “Kazbeqi – Yuxarı Lars” gömrük-keçid məntəqəsinin fəaliyyətini bərpa edib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

“Ətraf Mühitin Milli Agentliyinin tövsiyəsi əsasında Daxili İşlər Nazirliyinin əməkdaşları Devdorak dərəsindəki vəziyyəti nəzərə alaraq avtomobil nəqliyyatının hərəkətinə qoyulan məhdudiyyəti aradan qaldırıblar. Sərhəd-keçid məntəqəsi adi rejimdə fəaliyyətini davam etdirir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl dərədə quraşdırılmış erkən xəbərdarlıq sistemi suyun səviyyəsinin yüksəlməsi barədə siqnal verib. Bu səbəbdən sərhəd bağlanıb və orada olan bütün şəxslər təxliyə edilib.

“Qazbeqi – Yuxarı Lars” gömrük-keçid məntəqəsi hazırda Gürcüstan və Rusiyanı birləşdirən yeganə keçid məntəqəsidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti