Rumıniyada meşəyə PUA düşərək yanğına səbəb olub

Dünya xəbərləri Materials 14 Avqust 2026 15:37 (UTC +04:00)
Rumıniyada meşəyə PUA düşərək yanğına səbəb olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniyanın Ukrayna sərhədi yaxınlığında yerləşən ərazisinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb.

Bu barədə Rumıniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

PUA Tulça dairəsinin Lunkavitsa rayonunda, Ukrayna sərhədindən 5 kilometr məsafədə aşkarlanıb.

Nazirlik bildirib ki, PUA çox aşağı yüksəklikdə uçduğu üçün radar müşahidə sistemləri tərəfindən qeydə alınmayıb. O, meşəlik əraziyə düşüb. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Nazirliyin məlumatına görə, pilotsuz uçuş aparatının düşməsi zamanı partlayış baş verib və nəticədə yanğın başlayıb.

Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti