Nardaranda hovuzda azyaşlı uşağın ayağı su nasosunda sıxılı vəziyyətdə qalıb

Hadisə Materials 14 Avqust 2026 22:40 (UTC +04:00)
Nardaranda hovuzda azyaşlı uşağın ayağı su nasosunda sıxılı vəziyyətdə qalıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "Sea breeze" istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda FHN qüvvələri tərəfindən əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti