Bakı. Trend:
Ötən il 5000-dən çox iştirakçı, 150-dən çox spiker, 100-dən çox
startap və investoru bir araya gətirən “INMerge” İnnovasiya Sammiti
bu il altıncı dəfə təşkil olunacaq. Sammit 30 noyabr və 1 dekabr
2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq.
“INMerge” regionun innovasiya ekosisteminin əsas iştirakçılarını -
startapları, investorları, korporativ nümayəndələri və sahə
liderlərini bir araya gətirərək yeni əməkdaşlıq və tərəfdaşlıq
imkanları yaradır.
Ötən il sammitdə “Pixar” şirkətinin keçmiş prezidenti Ed Katmull,
“Netflix”in həmtəsisçisi Mark Randolf, Massaçusets Texnologiya
İnstitutunun professoru Hal Qreqersen, “OpenAI” şirkətinin bazara
çıxış üzrə keçmiş rəhbəri Zak Kass və Harvard Universitetinin
professoru Tarun Xan kimi tanınmış ekspertlər çıxış ediblər.
2026-cı il “INMerge” İnnovasiya Sammitində “Nike” şirkətinin keçmiş
marketinq direktoru Qreq Hoffman, Nobel mükafatı laureatı Coel
Mokir, “Google X” şirkətinin keçmiş biznes direktoru Mo Qavdat və
digər nüfuzlu spikerlərin iştirakı nəzərdə tutulur.
Eyni zamanda, INMerge 2026 üçün startap qeydiyyatı artıq açıqdır.
Seçilmiş startaplar 50 000 ABŞ dolları məbləğində mükafat fondu
uğrunda yarışmaq, 5 ulduzlu oteldə ödənişsiz yerləşmə, xüsusi
stendlə təqdimat imkanı və korporativ şirkətlərlə seçilmiş fərdi
görüşlərdə iştirak etmək fürsəti əldə edəcəklər. Startaplar üçün
müraciətin son tarixi 15 sentyabr 2026-cı ildir.
Daha ətraflı: https://www.inmerge.az/
PAŞA Holding-in təşkilatçılığı ilə Bakıda növbəti “INMerge” İnnovasiya Sammiti keçiriləcək