Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib (YENİLƏNİB)

İqtisadiyyat Xəbər 13 Avqust 2026 16:05 (UTC +04:00)
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib (YENİLƏNİB)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, 20 vaqondan ibarət, çəkisi 1400 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 39 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


xxx

14:36

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, 20 vaqondan ibarət buğda Biləcəri stansiyasından yola salınır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti