"Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub - UEFA Konfrans Liqası

İdman Materials 13 Avqust 2026 23:07 (UTC +04:00)
"Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub - UEFA Konfrans Liqası

Bakı. Trend:

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.

Azərbaycan klubu növbəti mərhələdə Niderlandın "Tvente" komandası ilə qarşılaşacaq.

Ensxede təmsilçisi III təsnifat mərhələsində Slovakiyanın "Dunayska Streda" kollektivini mübarizədən kənarlaşdırıb. Evdəki ilk matçda rəqibini 6 cavabsız qolla üstələyən Niderland klubu cavab görüşündə 2:3 hesabı ilə uduzsa da, mərhələni adlayıb.

Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də təşkil olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti