Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vurulub

Cəmiyyət Materials 14 Avqust 2026 18:17 (UTC +04:00)
Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vurulub
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vurulub.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

"Araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Vunqtau küçəsi, Sumqayıt şəhəri 4-cü məhəllə və Abşeron rayonu Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 940 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti