Bakı. Trend:
Qazaxıstanın Almatı şəhəri və Almatı vilayətinin sakinləri kütləvi elektrik kəsintisindən şikayətlənirlər.
Bu barədə Qazaxıstan KİV-də məlumat yayılıb.
İlkin məlumata görə, yaranmış vəziyyət Qazaxıstanın milli elektrik şəbəkəsi olan KEGOC-a məxsus 500 kV-luq üç elektrik ötürmə xəttində qəzanın baş verməsi ilə əlaqədardır.
Almatı şəhərində dörd rayon, vilayətdə isə 10 rayon işıqsız qalıb. Mütəxəssislər elektrik enerjisinin verilişinin bərpası üzərində iş aparırlar.
Eyni zamanda qonşu Qırğızıstanın paytaxtı Bişkekdə də anoloji hallar müşahidə olunmaqdadır. Bişkekin bəzi rayonlarının sakinləri də elektrik enerjisinin verilişində fasilələrdən şikayətlənirlər. Məlumata görə, ən çox şikayət Qırğızıstanın paytaxtının mərkəzi hissəsindən daxil olub.
