Bakı. Trend:
Bakıda və rayonlarda yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir:
"Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq".
Məlumata görə, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir:
"Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər dağlıq və
dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi ehtimalı
var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, dağlarda
gecə 12-17° isti, gündüz 20-25° isti olacaq".
