Bakı. Trend:
Ermənistanda həyata keçirilən TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi xarici təhlükəsizlik qüvvələrinin iştirakını nəzərdə tutmur.
Ermənistan KİV-də yayılan məlumata görə, bunu Ermənistan parlamentinin deputatı, Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının üzvü Sarkis Xandanyan bildirib.
“TRIPP layihəsi müstəsna olaraq infrastruktur layihəsidir, ərazi və ya hərbi baza deyil. Hər hansı digər dövlətin təhlükəsizlik qüvvələrinin iştirakı olmayacaq. Təhlükəsizliyin təmin edilməsi ilə bağlı bütün funksiyalar Ermənistan Respublikasının üzərinə düşür”, – Xandanyan cümə günü parlamentdə deyib.
