Vens İranla qarşıdurmada əsas məqsəd neft qiymətlərinin aşağı düşməsini adlandırdı

Dünya xəbərləri Materials 14 Avqust 2026 03:54 (UTC +04:00)
Vens İranla qarşıdurmada əsas məqsəd neft qiymətlərinin aşağı düşməsini adlandırdı

Bakı. Trend:

ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla qarşıdurmada Vaşinqton üçün əsas prioritet kimi neft qiymətlərinin aşağı səviyyədə saxlanılmasını göstərib.

Bu barədə Cey Di Vens "Fox News" telekanalının efirində bildirib

“Bilirəm ki, bu gün neftin qiyməti ucuzlaşıb və münaqişənin əvvəlindəki maksimum göstəricilərdən xeyli aşağıdır. Bir nömrəli məqsədimiz bütün ölkə üzrə amerikalılar üçün neft və benzinin qiymətlərini aşağı saxlamaqdır. Daha sonra isə, əlbəttə ki, ikinci məqsəd İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin etməkdir”, — deyə o bildirib.

ABŞ vitse-prezidenti Vaşinqtonun bu iki məqsədə nail olacağına əminliyini ifadə edib.

“Mən əminliklə deyə bilərəm ki, mənim fikrimcə, bu ABŞ-ın nüvə silahına malik olmayan İran qarşısında daha güclü mövqedə olması və Hörmüz boğazının neft və benzin qiymətlərinin Amerika xalqı üçün sabit qalacağı vəziyyətə qayıtması ilə nəticələnəcək”, — deyə Vens bildirib.

Xəbər lenti

Xəbər lenti