Kann şəhərində Səudiyyə şahzadəsinin yarım milyon avroluq əşyaları oğurlanıb

Dünya xəbərləri Materials 12 Avqust 2026 16:42 (UTC +04:00)
Kann şəhərində Səudiyyə şahzadəsinin yarım milyon avroluq əşyaları oğurlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Kann şəhərində naməlum şəxslər Səudiyyə şahzadəsinin evindən ümumi dəyəri 500 min avro olan əşyalar oğurlayıblar.

Bu barədə TF1 telekanalı məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, oğurlanan əşyalar arasında dəridən hazırlanmış lüks məmulatlar və zinət əşyaları olub. Oğurluq yerli vaxtla saat 22:00-dan 01:00-dək (Bakı vaxtı ilə 00:00-03:00) olan müddətdə törədilib. Həmin vaxt şahzadə evdə olmayıb.

Cinayətkarların şəxsiyyəti hələ müəyyən edilməyib. Qeyd olunur ki, müstəntiqlər müşahidə kameralarının görüntülərini təhlil edəcəklər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti