Qara dəniz yaşıl enerji dəhlizi layihəsinin icrasının növbəti mərhələsinə keçilib

Yaşıl iqtisadiyyat Materials 12 Avqust 2026 15:13 (UTC +04:00)
Qara dəniz yaşıl enerji dəhlizi layihəsinin icrasının növbəti mərhələsinə keçilib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

"Green Energy Corridor Power Company" (GECO Power) şirkəti Qara dəniz yaşıl enerji dəhlizi (Black Sea Energy) layihəsinin həyata keçirilməsinin növbəti mərhələsinə qədəm qoyub.

"GECO Power"in məlumatına görə, şirkət layihənin texniki-iqtisadi əsaslandırma mərhələsindən inkişaf mərhələsinə keçidi üçün zəruri olan əsas tədbirlərə həsr edilmiş İş Axını 2 (Workstream 2) üzrə CESI və layihənin texniki və iqtisadi işçi qruplarının nümayəndələri ilə birlikdə ayrıca görüş keçirib.

Bildirilib ki, görüş zamanı növbəti mərhələnin əsas texniki, iqtisadi və təşkilati aspektləri, o cümlədən inkişaf strategiyası və satınalma strategiyasının hazırlanmasına yanaşmalar, həmçinin iştirakçı ölkələr və layihə tərəfdaşları arasında qarşıdakı tədbirlərin əlaqələndirilməsi məsələləri müzakirə olunub.

"İş Axını 2 texniki-iqtisadi əsaslandırmanın nəticələrinin strukturlaşdırılmış inkişaf modeli çərçivəsində tətbiqi və "Black Sea Energy" layihəsinin reallaşdırılması istiqamətində növbəti yol xəritəsinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələdir.

"GECO Power" CESI-yə və bütün işçi qruplarının üzvlərinə fəal iştiraka və dəyərli töhfələrinə görə təşəkkürünü bildirib", - deyə şirkət qeyd edib.

Xatırladaq ki, 17 dekabr 2022-ci il tarixdə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.

2026-cı il iyulun 3-də Bakıda keçirilən layihənin Rəhbər Komitəsinin iclasında Black Sea Energy layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) tamamlandığı və layihənin növbəti inkişaf mərhələsinə keçdiyi elan olunub.

İclasın yekunlarına əsasən, "GECO Power"a yekun investisiya qərarının qəbul edilməsinə qədər həyata keçirilməli tədbirləri əhatə edən ətraflı yol xəritəsinin hazırlanması tapşırılıb. Həmçinin iştirakçı ölkələrin milli enerji tənzimləyici qurumları arasında əməkdaşlığın qurulması barədə razılıq əldə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti