“PSJ” “Aston Villa”nı məğlub edərək UEFA Superkubokunun qalibi olub

İdman Materials 13 Avqust 2026 01:00 (UTC +04:00)
“PSJ” “Aston Villa”nı məğlub edərək UEFA Superkubokunun qalibi olub
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il UEFA Superkuboku uğrunda Fransa “PSJ”si ilə İngiltərənin “Aston Villa” klubları arasında keçirilən oyun başa çatıb. Qarşılaşma Zalsburqdakı “Red Bull Arena” stadionunda baş tutub. Görüşün baş hakimi somalili Ömər Əbdülqadir Artan olub. “PSJ” futbolçuları matçda 2:1 hesabı ilə qələbə qazanıblar.

Matçda ilk qolu 20-ci dəqiqədə “PSJ”nin hücumçusu Xviça Kvaratsxeliya vurub. “Aston Villa”nın forvardı Brayan Madjo 45-ci dəqiqədə hesabı bərabərləşdirib. 61-ci dəqiqədə “PSJ”nin hücumçusu Dezire Doue Paris təmsilçisini yenidən önə keçirib və qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 2:1.

“PSJ”nin rusiyalı qapıçısı Matvey Safonov komandası ilə oyuna start heyətində başlayıb, qarşılaşmanı tam keçirib və qapısında bir qol görüb.

Ötən mövsüm “PSJ” Çempionlar Liqasının qalibi olub. Paris təmsilçisi finalda Londonun “Arsenal” klubunu məğlub edib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə “PSJ” 4:3 hesabı ilə üstün olub.

“Aston Villa” isə Avropa Liqasının qalibi olub. İngiltərə klubu finalda “Frayburq”u 3:0 hesabı ilə darmadağın edib.

Xəbər lenti

Xəbər lenti