Bakı.Trend:
Türkiyədə Ankara Respublika Baş Prokurorluğunun “Alihan Kuriş” mütəşəkkil dəstəsinə qarşı genişmiqyaslı maliyyə cinayətləri ilə əlaqədar əməliyyat keçirilib.
Əməliyyat 17 vilayətdə eyni vaxtda keçirilib. Şübhəlilərə məxsus 43 ünvanda, eləcə də 33 şirkətə aid 80 ünvanda axtarış və müsadirə qərarları icra olunub.
Əməliyyatın gedişində şübhəlilərdən 30-u saxlanılıb.
“Alihan Kuriş” mütəşəkkil dəstəsinə qarşı aparılan maliyyə araşdırmaları zamanı şirkətlərin ortaqları tərəfindən mənbəyi məlum olmayan külli miqdarda nağd vəsait daxil edildiyi, bu pulların nizamnamə kapitalının artırılmasında istifadə olunduğu, ödəniş təşkilatları vasitəsilə şirkətlərə böyük məbləğlərdə köçürmələrin həyata keçirildiyi müəyyənləşdirilib.
