Tramp Ankaradan başqa təyyarədə geri qayıtdığını təsdiqləyib

Dünya xəbərləri Materials 12 Avqust 2026 11:51 (UTC +04:00)
Tramp Ankaradan başqa təyyarədə geri qayıtdığını təsdiqləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp iyulun əvvəlində ABŞ Məxfi Xidmətinin tövsiyəsi ilə Türkiyəni gizli şəkildə öz prezident təyyarəsində deyil, başqa təyyarədə tərk etdiyi barədə yayılan xəbəri təsdiqləyib.

Bu barədə BBC məlumat yayıb.

“Bu, yalnız Məxfi Xidmətdən asılıdır. Mən sadəcə onların istədiyini edirəm”, – deyə Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Onlar mənim başqa təyyarə ilə uçmağımı istədilər. Mən də belə etdim”, – deyə Tramp əlavə edib.

Bu hadisə ABŞ-nin Tehranla danışıqlarının pozulmasından sonra İrana qarşı hərbi zərbələri yenidən bərpa bir gün sonraya təsadüf edib.

Tramp Türkiyəyə Qətərin hədiyyə etdiyi daha yeni Boeing 747-8 təyyarəsində gəlmişdi, lakin o, ölkədən köhnə “Air Force One” təyyarəsi ilə gedəcəyini açıqlamışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti