Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.