Husilər ticarət gəmisinə hücum edib – Üç nəfər ölüb

Dünya xəbərləri Materials 11 Avqust 2026 15:17 (UTC +04:00)
Husilər ticarət gəmisinə hücum edib – Üç nəfər ölüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yəməndən olan husi döyüşçülər Bab əl-Məndəb boğazında yük gəmisinə hücum ediblər.

Bu barədə "Reuters" məlumat yayıb.

Yəmən Sahil Mühafizəsinin iki mənbəsi və hökumətdəki iki hərbi rəsmiyə görə, hücum nəticəsində gəminin üç ekipaj üzvü həlak olub.

Dəniz təhlükəsizliyi üzrə mənbələr "Reuters"ə bildiriblər ki, Qırmızı dənizdə kiçik yük gəmisinin hədəfə alındığı ehtimal edilir. Lakin digər ekipaj üzvlərinin aqibəti barədə dəqiq məlumat yoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti