Liviyanın hərbi kəfşiyyat rəhbərinə suiqəsd olub

Dünya xəbərləri Materials 11 Avqust 2026 09:46 (UTC +04:00)
Liviyanın hərbi kəfşiyyat rəhbərinə suiqəsd olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Liviya silahlı qüvvələrinin hərbi kəşfiyyat departamentinin direktoru Fövzi əl-Mənsuri partlayıcı qurğudan istifadə edilməklə törədilən sui-qəsd nəticəsində həlak olub.

Bu barədə “Reuters” məlumat yayıb.

İlkin məlumata görə, general-mayorun avtomobili Benqazidə Aişə məscidinin yaxınlığında partlayıb.

“Al Arabiya” mənbələri əl-Mənsurinin olduğu avtomobilə kustar üsulla hazırlanmış partlayıcı qurğunun yerləşdirildiyini təsdiqləyib.

Hadisə ilə bağlı araşdırmaya başlanılıb. Daha sonra məlumatı Liviyanın Milli Ordusunun mənəvi-tərbiyə məsələləri (mənəvi rəhbərlik) idarəsinin direktoru general-mayor Xalid əl-Məhcub da təsdiqləyib. O əlavə edib ki, partlayış nəticəsində başqa ölən və ya xəsarət alan olmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti