Ağdamda Mərkəzi parkın inşası davam edir – layihənin əsas xüsusiyyətləri açıqlanıb (FOTO)

İqtisadiyyat Materials 11 Avqust 2026 14:27 (UTC +04:00)
Ağdamda Mərkəzi parkın inşası davam edir – layihənin əsas xüsusiyyətləri açıqlanıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam şəhərində müasir şəhərsalma prinsipi əsasında layihələndirilən Mərkəzi parkın təməlqoyma mərasimi 2023-cü il dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib.

Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva deyib.

Onun sözlərinə görə, parkın ümumi sahəsi 5,5 hektardır:

"Bunun 3,73 hektarı yaşıllaşdırma zonası kimi nəzərdə tutulub. Burada həm istirahət, həm də ictimai tədbirlərin təşkili üçün geniş imkanlar var. Park ərazisində meydanlar, ümumi sahəsi 7 349 kvadratmetr olan açıq məkanlar və 5 652 metr uzunluğunda olan daxili yollar sistemi də layihələndirilib. Onu da deyim ki, layihə çərçivəsində çay evi, inzibati bina və iaşə obyekti də inşa olunur. Çay evi zirzəmi və üç mərtəbədən ibarət olmaqla ümumi 562 kvadratmetr sahəyə malikdir. İnzibati binada isə idarəetmə, nəzarət və xidmət funksiyaları üçün müxtəlif otaqlar nəzərdə tutulur".

T.Quliyeva onu da əlavə edib ki, burada ziyarətçilərin istirahəti üçün iaşə obyekti də fəaliyyət göstərəcək:

"Park ərazisində həmçinin mobil tipli köşklər, mühafizə və sanitar qovşaqlar, su anbarı və nasosxanalar da layihə daxilindədir. Eyni zamanda, bu infrastruktur parkın dayanıqlı və rahat fəaliyyətini təmin edəcək. Onu da qeyd edim ki, Mərkəzi parkın dizaynında tarixi-mədəni elementlərə də xüsusi diqqət yetirilir. Görkəmli şair Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərinin qəhrəmanı Fərhadın heykəli layihənin mühüm hissəsidir. Heykəl 1959-cu ildə heykəltəraş Toqay Məmmədov tərəfindən yaradılıb. Təəssüf ki, işğal dövründə dağıdılıb. Həmin heykəl xalq rəssamı Toqay Məmmədovun orijinal eskizi əsasında rəssamın tələbəsi, Xalq rəssamı Hüseyn Haqverdiyev tərəfindən yenidən hazırlanır. Heykəlin texniki parametrlərinin icrası isə Sənan Cəfərovun səlahiyyətindədir. Layihənin baş kuratoru əməkdar rəssam, elmlər doktoru Rəşad Mehdiyevdir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti